April 10, 2003

Ön Söz Yerinə

Filed under:


İran, çeşidli dillərdə danışan xalqların ölkəsidir, ancaq təəssüflə 70 il qabaqdan bəri zəhləkar Pəhləvi rejiminin şovinisti siyasətlərinin nəticəsində Fars xalqından sevay, başqaları öz ana dillərində yazıb oxumaq və təhsil almaqdan məhrum qalıblar. Necəki indi görünür –örnək üçün- İran Azərbaycanlılarının əksəriyyəti öz ana dillərində yazıb oxuya bilmir! İran İslam Cumhuriyyətinin ana yasasında 15 və 19-cu əsllərdə bu ölkədə yaşayan xalqların ana dillərinin məktəbdə dərs verildiyi sərbəst buraxılıb, ancaq buna baxmayaraq, bu qanunun yazılışından 24 il keçəndən sonra İran Azərbaycanının ən böyük şəhəri sayılan Təbrizdə, hətta bir məktəbdədə Azərbaycan dili dərs verilmir! Bu vəziyyətin davam etməsi İran xalqlarının dil və kültürlarının aradan getməsinə səbəb olacaq. Mən Fars dilinidə sevirəm, bu dildə təhsil almışam və çoxlu kitablar oxumuşam. Bu dil məni Hafiz, Nizami, Moləvi, Şamlu və sayirlərin dünyasıyla tanış edib, ancaq heç bir dil ana dilinin dadını verə bilməz. Elə ona görədə məncə hamımıza gərəkdir ki ana dilimizidə yazıb oxumaqı öyrənib, öyrədək.

Bu bloqda çalışılacaq Azərbaycanın dil, şe`r, ədəbiyyat, kültür, musiqi və sayierə sahələrindən əldən gələrkən söhbət açılsın. Həmdə bir özəl hissədə Azərbaycan dilinin qrammerindən, “Hazırlıq şö`bəsinin dinləyənləri üçün dərslik” kitabından dərsliklər yazılacaq. Qeyd etmək lazımdır ki bu bloq mənim yazıçılıq sahəsində ilk təcrübəm sayılır və yəqin ki bu yolda yanlışlarda üz verə bilər. Hörmətli oxucuların mənə bu yolu davam etməkdə yardımlarını gözləyirəm.

Bu bloqun törədilişində bir neçə bloqdan xüsüsilə Alagöz, Xuxanov, Humən Nozhət, Murtuza Negahi və Sönməz Odlar bloqlarından ilham alınıb ki təşəkkürlərimi onların yazıçılarına bildirmək istəyirəm.

Sözün sonunda xatırlatmaq istəyirəm ki bu bloqun yazıçısı İran ölkəsinin ərazi bütövlüyünə ürəkdən inamlıdır və bu ölkənin ərazi bütövlüyünün pozulmasın orda yaşayan xalqların heç birinin məsləhətinə bilmir.

* Mouse-un curser-in altınd xət olan luğətlər üstə saxlasazsa onlarin mə`nasin İngilizcə və Farsca görə bilərsiz.