August 19, 2003

Yüz İl Sahirlə Birlikdə

Filed under:



Bu il ustad Həbib Sahir, Azərbaycanlı qabaqcıl şairin 100-cü anadan olma il dönümüdür. Bu münasibətə görə özəl ədəbi mərasimlər İran, Azərbaycan respublikası və Türkiyədə şairi ağırlamaq üçün tədarük edilib. İranda şairin tələbələrindən neçəsi bir quruluş düzəldərkən şairin bir sıra çap olunmamış əsərlərini çapa vermkdən əlavə, Azər (Oxatan) ayında özəl programlar Tehranda və Təbrizdə keçirəcəklər.

Azərbaycan respublikası və Türkiyədə də Ordibeheşt (Buğa) ayında (şairin anadan olan günündə) neçə ədəbi törən və radio, televiziya proqramları Sahirin ədəbi şəxsiyyəti barədə bərpa olunub və başqa proqramlarda keçirilməkdədir.

Ustad Mir Həbib Sahir, Təbrizli dahi şair, hekayə yazan və tərcüməçi, 1282-ci günəş ilin Ordibeheşt (Buğa) ayında Miyana şəhərinin kəndlərinin birində anadan oldu. Kiçik üşaq olarkən ata anası ilə birlikdə Təbrizə köçdü. Atası məşrutəçilik inqilabinın qələbə günlərində, Təbriz şəhərinin şuluqluqunda itildi və Həbib elə üşaqlıqda yetimligin dadını anladı. Son məktəb illərində ustad Şəhriyarla bir məktəbdə təhsil alırdı və bu tanışlıq sonralar onların ədəbi əlaqə və ünsiyətlərinə səbəb oldu. Sahir məktəbi bitirərkən Kürdüstana gedib xanların hesab-kitab işinə məşqul oldu.

Sonralar İstanbula getdi və 1304-cü günəş ilində 22 yaşlı olarkən bu şəhərin universitəsindən cuğrafiya lisansı aldı və beləliklə onun 40 illik müəllimçilik və ədəbi yaradıcılıq dövranı başladı. Sahir Azərbaycanın şəhər və kəndlərində və sonralar Qəzvin və Tehranda müəllimçiliyə başladı və günəş 40-ci illərin ortalarınadək bu işi davam etdi.

Sahir dahi bir şair və hekayə yazan idi. Onun əsərləri üç dildə (Azərbaycanca, Farsca və Fransızca) nəşr olub. "Nima"dan öncə və Mirzə Tağıxan Rəf`ətlə (Farsca yeni şe`r qabaqcıllarından) bir zamanda Sahir Azərbaycanca şe`rində yeni bir üslubun binövrəsin qoydu və "İranda qabaqcıl Azərbaycanca şe`rinin atası" ləqəbi ilə adlandı. Sahirin əsərləri 30 cildə qədərdir, o cümlədən: کتاب شعر ساهر(1،2)، شقایق، خوشه ها، سایه ها şe`r toplumları, میوه گس hekayə toplumu və نمونه هائی از نظم ونثرترکی Farsca və Kövşən, Lirik Şe`rlər və Səhər İşıqla şe`r toplumları və Arzı-Qəmbər hekayəsi Azərbaycanca.

Sahir habelə Quranın son cüz`ün mənzum şəkildə çağdaş Azərbaycancaya tərcümə edib. Sahirin neçə əsəri hələdə çapa verilməyib ki xəbərlərə əsasən onların neçəsi o cümlədən Qız səsi, Qızıl səsi, Qazan səsi adlı roman və Günəşlər kitabı 1382-ci günəş ilindən çapa buraxılacaq.

Həbib Sahir 1364-cü günəş ilinin 24 Azərində (Ölçən) vəfat etdi və Tehranın "Beheşt-e Zəhra" qəbristanlıqında torpağa tapşırıldı.

Qaynaq : Murtuza Məcdfər-in Həmşəhri gündəliyində Sahir haqda yazdığı iki məqalə. (1, 2)

Sahirin Arzı-Qəmbər adlı gözəl hekayəsin ocaq.net saytında oxuya bilərsiz. 

Şum Tale

Azmışam sisli keçidlərdə,
Budur
Qaş qaralır,
Məni udmaq həvəsilə ağız açmış uçurum.
Gecədir,
Qafilə yollandı qaranlıqda,
Aman!
Qoşulum yolculara,
Yoxsa yol üstündə durum?!

Bir qarış yer də sahibsiz deyil ey tanrı,
Denən:
Mən də yırtıq çadırı hansı cəhənnəmdə qurum?!
Hamı taleysiz olurmuş bu geniş aləmdə,
Yoxsa şairlərin ey tanrı olur taleyi şum?!

Həbib Sahir