Yaşam

Gedirik
gəlirik
yollarda.
Ölümlə diz-dizə oturaraq!
Kimi yetişən, kimi yetişməyən.
Yatırıq
dururuq
evlərdə.
Ölümlə yan-yana uzanaraq!
Kimi oyanan, kimi oyanmayan.
Yazırıq
oxuyuruq
dalda-bucaqlarda.
Ölümlə üz-üzə duraraq!
Kimi tutulan, kimi tutulmayan.
Acı günlərin dadını
Siqaretlərin acısına qatıb
tüstüsünü artırırıq
tüstülü şəhərin,
ölümü gözləyirik.
Yasaqdır bu şəhərdə yaşam.