Bayram…

Novruz bayramınız sonsuz gözəlliklərlə dolu olsun!

Yağış,
pəncərəni ağladır!
Pəncərə,
könlümün sənsiz xəyalın…
Hönkürtü
anlam daşımır…
Göz yaşına bənzər
bir sözmü deyir
Yağış
pəncərəyə çırpınca?!?
Gözlərim,
sözləri ağladır…

Cinsiyyət tanıyan deyil ağri… Sərhəd tanıyan yaş bilən deyil, cuğrafiya anlayan deyil. Bizimlə doğulur, bizimlə böyöyür ağri. Bizdən qalaraq, bir bucaqda oyunla başın qatan uşaqa yetişir ağri. Atam anamın ağrıları gündə səhər çağı mənlə oyanır, birlikə qəhvə içirik və birlikdə kəsalət sancısından iş otaqımda açılıb bükülürük. Və mən gündə əllərimlə qardaşımın ağrıların bu maşın rolunun arxasında gözümündən silirəm və uzaq bir ildə çarəsiz yalqızlıq və başına buraxılış duyğusundan burulub açılan uşaqın səssiz hönkürtüsün düşünürəm.
Mənimçün bu gün başqa günlər kimidir… Mən al-qara boyalı arxa çantamı götürüb kətan başmaqlarımı və qara köbəli ağ corablarımı içinə atıram və gahdan göz yaşlarımı gözümündən silən barmaqcıqlarını düşünürəm. Məndə bir kimsə çiyin atır. Yox! cinsiyyət tanıyan deyil ağri… Sərhəd tanıyan yaş bilən deyil, tarix anlayan deyil. Məndə bir kimsə çiyin atır… Bu göz yaşların bu gözlərdən silən kimsə olacağmı?
* Leylinin Leylası bloqundan tərcümə edilb.

Gedirik
gəlirik
yollarda.
Ölümlə diz-dizə oturaraq!
Kimi yetişən, kimi yetişməyən.
Yatırıq
dururuq
evlərdə.
Ölümlə yan-yana uzanaraq!
Kimi oyanan, kimi oyanmayan.
Yazırıq
oxuyuruq
dalda-bucaqlarda.
Ölümlə üz-üzə duraraq!
Kimi tutulan, kimi tutulmayan.
Acı günlərin dadını
Siqaretlərin acısına qatıb
tüstüsünü artırırıq
tüstülü şəhərin,
ölümü gözləyirik.
Yasaqdır bu şəhərdə yaşam.

Bu il ustad Həbib Sahir, Azərbaycanlı qabaqcıl şairin 100-cü anadan olma il dönümüdür. Bu münasibətə görə özəl ədəbi mərasimlər İran, Azərbaycan respublikası və Türkiyədə şairi ağırlamaq üçün tədarük edilib. İranda şairin tələbələrindən neçəsi bir quruluş düzəldərkən şairin bir sıra çap olunmamış əsərlərini çapa vermkdən əlavə, Azər (Oxatan) ayında özəl programlar Tehranda və Təbrizdə keçirəcəklər.
Azərbaycan respublikası və Türkiyədə də Ordibeheşt (Buğa) ayında (şairin anadan olan günündə) neçə ədəbi törən və radio, televiziya proqramları Sahirin ədəbi şəxsiyyəti barədə bərpa olunub və başqa proqramlarda keçirilməkdədir.
Ustad Mir Həbib Sahir, Təbrizli dahi şair, hekayə yazan və tərcüməçi, 1282-ci günəş ilin Ordibeheşt (Buğa) ayında Miyana şəhərinin kəndlərinin birində anadan oldu. Kiçik üşaq olarkən ata anası ilə birlikdə Təbrizə köçdü. Atası məşrutəçilik inqilabinın qələbə günlərində, Təbriz şəhərinin şuluqluqunda itildi və Həbib elə üşaqlıqda yetimligin dadını anladı. Son məktəb illərində ustad Şəhriyarla bir məktəbdə təhsil alırdı və bu tanışlıq sonralar onların ədəbi əlaqə və ünsiyətlərinə səbəb oldu. Sahir məktəbi bitirərkən Kürdüstana gedib xanların hesab-kitab işinə məşqul oldu.
Sonralar İstanbula getdi və 1304-cü günəş ilində 22 yaşlı olarkən bu şəhərin universitəsindən cuğrafiya lisansı aldı və beləliklə onun 40 illik müəllimçilik və ədəbi yaradıcılıq dövranı başladı. Sahir Azərbaycanın şəhər və kəndlərində və sonralar Qəzvin və Tehranda müəllimçiliyə başladı və günəş 40-ci illərin ortalarınadək bu işi davam etdi.
Sahir dahi bir şair və hekayə yazan idi. Onun əsərləri üç dildə (Azərbaycanca, Farsca və Fransızca) nəşr olub. "Nima"dan öncə və Mirzə Tağıxan Rəf`ətlə (Farsca yeni şe`r qabaqcıllarından) bir zamanda Sahir Azərbaycanca şe`rində yeni bir üslubun binövrəsin qoydu və "İranda qabaqcıl Azərbaycanca şe`rinin atası" ləqəbi ilə adlandı. Sahirin əsərləri 30 cildə qədərdir, o cümlədən: کتاب شعر ساهر(1،2)، شقایق، خوشه ها، سایه ها şe`r toplumları, میوه گس hekayə toplumu və نمونه هائی از نظم ونثرترکی Farsca və Kövşən, Lirik Şe`rlər və Səhər İşıqla şe`r toplumları və Arzı-Qəmbər hekayəsi Azərbaycanca.
Sahir habelə Quranın son cüz`ün mənzum şəkildə çağdaş Azərbaycancaya tərcümə edib. Sahirin neçə əsəri hələdə çapa verilməyib ki xəbərlərə əsasən onların neçəsi o cümlədən Qız səsi, Qızıl səsi, Qazan səsi adlı roman və Günəşlər kitabı 1382-ci günəş ilindən çapa buraxılacaq.
Həbib Sahir 1364-cü günəş ilinin 24 Azərində (Ölçən) vəfat etdi və Tehranın "Beheşt-e Zəhra" qəbristanlıqında torpağa tapşırıldı.
Sahirin Arzı-Qəmbər adlı gözəl hekayəsin ocaq.net saytında oxuya bilərsiz.
Şum Tale
Azmışam sisli keçidlərdə,
Budur
Qaş qaralır,
Məni udmaq həvəsilə ağız açmış uçurum.
Gecədir,
Qafilə yollandı qaranlıqda,
Aman!
Qoşulum yolculara,
Yoxsa yol üstündə durum?!
Bir qarış yer də sahibsiz deyil ey tanrı,
Denən:
Mən də yırtıq çadırı hansı cəhənnəmdə qurum?!
Hamı taleysiz olurmuş bu geniş aləmdə,
Yoxsa şairlərin ey tanrı olur taleyi şum?!
Həbib Sahir

İran, çeşidli dillərdə danışan xalqların ölkəsidir, ancaq təəssüflə 70 il qabaqdan bəri zəhləkar Pəhləvi rejiminin şovinisti siyasətlərinin nəticəsində Fars xalqından sevay, başqaları öz ana dillərində yazıb oxumaq və təhsil almaqdan məhrum qalıblar. Necəki indi görünür –örnək üçün- İran Azərbaycanlılarının əksəriyyəti öz ana dillərində yazıb oxuya bilmir! İran İslam Cumhuriyyətinin ana yasasında 15 və 19-cu əsllərdə bu ölkədə yaşayan xalqların ana dillərinin məktəbdə dərs verildiyi sərbəst buraxılıb, ancaq buna baxmayaraq, bu qanunun yazılışından 24 il keçəndən sonra İran Azərbaycanının ən böyük şəhəri sayılan Təbrizdə, hətta bir məktəbdədə Azərbaycan dili dərs verilmir! Bu vəziyyətin davam etməsi İran xalqlarının dil və kültürlarının aradan getməsinə səbəb olacaq. Mən Fars dilinidə sevirəm, bu dildə təhsil almışam və çoxlu kitablar oxumuşam. Bu dil məni Hafiz, Nizami, Moləvi, Şamlu və sayirlərin dünyasıyla tanış edib, ancaq heç bir dil ana dilinin dadını verə bilməz. Elə ona görədə məncə hamımıza gərəkdir ki ana dilimizidə yazıb oxumaqı öyrənib, öyrədək.
Bu bloqda çalışılacaq Azərbaycanın dil, şe`r, ədəbiyyat, kültür, musiqi və sayierə sahələrindən əldən gələrkən söhbət açılsın. Həmdə bir özəl hissədə Azərbaycan dilinin qrammerindən, “Hazırlıq şö`bəsinin dinləyənləri üçün dərslik” kitabından dərsliklər yazılacaq. Qeyd etmək lazımdır ki bu bloq mənim yazıçılıq sahəsində ilk təcrübəm sayılır və yəqin ki bu yolda yanlışlarda üz verə bilər. Hörmətli oxucuların mənə bu yolu davam etməkdə yardımlarını gözləyirəm.
Bu bloqun törədilişində bir neçə bloqdan xüsüsilə Alagöz, Xuxanov, Humən Nozhət, Murtuza Negahi və Sönməz Odlar bloqlarından ilham alınıb ki təşəkkürlərimi onların yazıçılarına bildirmək istəyirəm.
Sözün sonunda xatırlatmaq istəyirəm ki bu bloqun yazıçısı İran ölkəsinin ərazi bütövlüyünə ürəkdən inamlıdır və bu ölkənin ərazi bütövlüyünün pozulmasın orda yaşayan xalqların heç birinin məsləhətinə bilmir.
* Mouse-un curser-in altınd xət olan luğətlər üstə saxlasazsa onlarin mə`nasin İngilizcə və Farsca görə bilərsiz.