March 19, 2005

Bayram…

Filed under:

bayram.jpg

Novruz bayramınız sonsuz gözəlliklərlə dolu olsun!

March 9, 2005

Türkan Urmuludan Bir Şe`r

Filed under:

rain.jpg

Yağış,
pəncərəni ağladır!

Pəncərə,
könlümün sənsiz xəyalın…

Hönkürtü
anlam daşımır…

Göz yaşına bənzər
bir sözmü deyir
Yağış
pəncərəyə çırpınca?!?

Gözlərim,
sözləri ağladır…

March 8, 2005

8 Mart

Filed under:

choopan.jpg

Cinsiyyət tanıyan deyil ağri… Sərhəd tanıyan yaş bilən deyil, cuğrafiya anlayan deyil. Bizimlə doğulur, bizimlə böyöyür ağri. Bizdən qalaraq, bir bucaqda oyunla başın qatan uşaqa yetişir ağri. Atam anamın ağrıları gündə səhər çağı mənlə oyanır, birlikə qəhvə içirik və birlikdə kəsalət sancısından iş otaqımda açılıb bükülürük. Və mən gündə əllərimlə qardaşımın ağrıların bu maşın rolunun arxasında gözümündən silirəm və uzaq bir ildə çarəsiz yalqızlıq və başına buraxılış duyğusundan burulub açılan uşaqın səssiz hönkürtüsün düşünürəm.

Mənimçün bu gün başqa günlər kimidir… Mən al-qara boyalı arxa çantamı götürüb kətan başmaqlarımı və qara köbəli ağ corablarımı içinə atıram və gahdan göz yaşlarımı gözümündən silən barmaqcıqlarını düşünürəm. Məndə bir kimsə çiyin atır. Yox! cinsiyyət tanıyan deyil ağri… Sərhəd tanıyan yaş bilən deyil, tarix anlayan deyil. Məndə bir kimsə çiyin atır… Bu göz yaşların bu gözlərdən silən kimsə olacağmı?

* Leylinin Leylası bloqundan tərcümə edilb.